Əhməd Haşimi: İran hökuməti İraq və Suriyadakı savaşlarda tərəf tutur [Audio]


Əhməd Haşimi
Əhməd Haşimi
چکیده مصاحبه ام با بخش ترکی آذربایجانی صدای آمریکا: رویکرد جانبدارانه ایران در سوریه و عراق و حمایت از گروه های شیعه و علوی در مقابل گروه های سنی، سیاست برادری و “وحدت اسلامی” را که جمهوری اسلامی ادعای پرچمداری آن را داشت بی اعتبار کرده است.

Əhməd Haşiminin sözlərinə görə, “İslam birliyi” şüarını əldə bayraq edən İran İslam Respublikası İraq və Suriyda cərəyan edən təriqətlərarası savaşlarda tərəf tutur, və bu, onun imicinə zərbə vura bilər. İran Xarici İşlər Nazirliyinin sabiq əməkdaşı Amerikanın Səsi ilə söhbətdə, İranın müttəfiqləri olan İraq və Suriya hakimiyyətlərinin ciddi böhranlarla üzləşdiyi bir dönəmdə Həsən Ruhani hakimiyyətinin xarici və daxili siyasətini dəyərləndirib.

Sabiq İran diplomatı İslam Respublikasının İraq və Suriyadakı müdaxiləsini dəyərləndirir

No media source currently available

0:0012:250:00

 Pop-out player

İranda fars və şiə yönətimi vardır… Fars yönətimi olması üçün güney toplumunu özündən uzaqlaşdırır. Ancaq, gələcəkdə bu şiə-süni məsələsi genişlənsə Güney Azərbaycan toplumunun İran İslam Cumhuriyyətinə daha çox yaxınlaşmasına səbəb ola bilər.
Əhməd Haşimi

Cənab Haşiminin dediklərinə görə, “İran tərəfindən İraq və Suriyədə gəlişən olaylara müsbət baxılmır. Çünki, hər iki ölkədə olan şiə və ələvi hakimiyyətləri İranın müttəfiqləridir və onların problem yaşaması İranın da problem yaşaması deməkdir.”

Türkiyədə mühacirətdə yaşayan jurnalist İraqda ən çox nüfuza sahib olan xarici dövlətin İran İslam Respublikası olduğunu vurğulayıb.

“İran İraqda ən çox nüfuza sahib olan ölkədir. Həm rəsmi dövlət liderləri, həm də bir çox döyüşçü qrupun öndərləri keçmişdə İranda yaşayıb və bu ölkədə təlim alıblar,” deyə Haşimi İranın İraq olaylarında ən böyük rol oynayan xarici ölkə olduğunu dilə gətirib.

Onun fikrincə İranın bölgədəki məzhəb münaqişələrində tərəflərin birinin yanında durması onun “İslami birlik” şüarını yalanlayır.

“İraqda şiə və sünni münaqişəsi İrana başqa bir açıdan da zərər verir. Hər zaman İslam birliyi ilə bağlı şüar verən İran İslam Respublikası İraqda açıqca şiələrin yanında durdu, və Bəşşar Əsəd yönətimi ilə sünnilərə qarşı müharibədə əməkdaşlıq etdi. Bunlar İranın imicinə zərər verə bilər,” deyə İran Xarici İşlər Nazirliyinin sabiq dilmancı söyləyib.

Əhməd Haşimi, Mahmud Əhmədinejad-Allahşükür Paşazadə görüşməsində tərcüməçilik edərkən.
Əhməd Haşimi, Mahmud Əhmədinejad-Allahşükür Paşazadə görüşməsində tərcüməçilik edərkən.

Əhməd Haşimi bölgədə cərəyan edən məzhəb münaqişələrinin İran toplumuna buraxa biləcəyi təsir haqqında öz düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

“İranda fars və şiə yönətimi vardır… Fars yönətimi güney toplumunu özündən uzaqlaşdırır. Ancaq, gələcəkdə bu şiə-süni məsələsi genişlənsə, Güney Azərbaycan toplumunun İran İslam Cumhuriyyətinə daha çox yaxınlaşmasına səbəb ola bilər,” deyə güneyli jurnalist irəli sürüb.

Əhməd Haşimi həmçinin son vaxtlarda Həsən Ruhani hökümətinin ölkə daxilində qarşılaşdığı problemlərlə bağlı sualları cavablandırıb.

https://www.amerikaninsesi.org/a/2439497.html

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s